"Deyirlər ki, Zaur atasını otelə yerləşdirib"

"Deyirlər ki, Zaur atasını otelə yerləşdirib"
6667 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zaur Kamal ailəsi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, aparıcı “5/5” verilişində bildirib ki, atasına baxmadığı haqda şayiə yayılıb:

“Adi insanlar belə valideynlərimə sual verirlər ki, Zaur sənə nə qədər pul göndərir? Hətta bəzi ağzıgöyçəklər deyir ki, Zaurun atası Bakıya gələndə aparır onu otelə yerləşdirir. Qohumlar, dost-tanışlar belə deyir. Niyə edim? Əgər pulum olarsa, istəyərəm atamı yeddi ulduzlu otelə aparım. Hətta deyirlər ki, əgər Zaur filan yerdə işləyirsə, gərək 50 minlik maşın sürəsən”.