"Hər dəfə evə cürbəcür bahalı ciplərdə dönürdü" - Anar keçmiş arvadı haqda

"Hər dəfə evə cürbəcür bahalı ciplərdə dönürdü" -  Anar keçmiş arvadı haqda
15074 dəfə oxunub
  • A-
  • A
  • A+
"Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım bu son günlərdə bəlli olub. Nəslimizdə şəkər xəstəsi olmayıb... İntihar etməyimi istəmələrini dəfələrlə deyiblər".

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Anar Nağılbaz sosial şəbəkədə yazıb.

Son günlər adı qalmaqallarda hallanan Anar söz-söhbətlərə münasibət bildirib. Sənətçi siflis xəstəsi olmasından danışıb:

"Praqadan qayıdanda qulaqlarımı doldurdular ki, unutmalısan, ailəni tutmalısan. Mənim ürəyim kövrəkdir. Uşaqlarım anadan olandan hər dəfə evə gələndə nələrsə almışam, yoldaşıma da bacardığım kimi baxmışam. Maddi vəziyyətimin zəif olduğundan, heç kimə sirr deyil ki, atamın qayğısı üstümüzdən əskik olmayıb".

Nağılbaz porno videosuna görə dəfələrlə şantaj olunduğunu etiraf edib:

"Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: kürk, iPhone, maşın, şou-biznes sferasında yanımda görsənmək... Hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib, zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müddətdə əllərinə keçənləri toplamaqla yeni iftiralar yığmağa başladılar və bu 2 il ərzində davam elədi.

İndi də səfərimi və evlənəcəyim xəbərini eşidib hücuma keçməyə başlayıblar. Həmən 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə pis qurşandım. Amma yenə də atamın himayəsi və taksi sürücüsü kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki, tanımasınlar. Yeni ildə ayrildıq. Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq anasız da qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır.

Olmadığım müddətdə uşağı dərsə aparıb-gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atamgilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri isə lazım olandan yuxarı ödənirdi. Artıq xasiyyətini bildiyimiz üçün əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi.

Son aylarda yaşlı ata, ana və mənim səhhətimdə pisləşmələr oldu. O gündən atam xahiş etdi ki, qızım 2 ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin. Amma yenə də kirayə haqqları verilib və oglum, qizım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayın 2 ayı uşaqlar yanımızda olublar".

Anar keçmiş həyat yoldaşının onu dəfələrlə şantaj etdiyini söyləyib:

"Məlum videodan bir qədər əvvəl də uşaqlarım 4 gün yanımda qalıblar, cox sevinirdilər, gəzintiyə aparmışam. Daha sonra evlənəcəyim və klip çəkilişinə gondəriləcəyimi eşidib yenə şantaja əl atdı. 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə, pullanmışam.

Mən ayda tələbələrimdən, başqa iş birliyimdən elə olur heç nə qazanmıram. Əldə etdiyim pul ancaq siqaretimə, yol puluma yetər. Nəsə qazananda isə qaçıb uşaqlarıma nəsə edirəm. Uşaqları əllərində bayraq edib psixikasını pozublar. Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq.

Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli başqa işlər də edə bilərlər".