Rövşanə müğənniləri yıxıb-sürüdü: "Elə bil mərsiyə deyirlər"

Rövşanə müğənniləri yıxıb-sürüdü:  "Elə bil mərsiyə deyirlər"
5139 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Rövşanə Ağasəfqızı “Düz bazar” verilişində müğənniləri tənqid edib.

Axşam.az-ın məlumatına görə, aparıcı ifaçıları kök və baxımsız adlandırıb:

“Qadın ifaçılarımız görünüş baxımından kişi müğənnilərdən geri qalır. Həm kökəlirlər, həm də geyimləri... Makiyajları qəribədir, gözlərinə elə quş qoyurlar ki... Efirə gəlir dar şalvarı geyinib, saç buruq, dəbdəbəli. Dar şalvarla buruq saç nə dərəcədə uyğun gəlir? Çoxusu da ağlaşma oxuyur. İndi məni top-tüfəngə tutacaqlar. Hamısı mərsiyə deyirlər. Plastik əmliyyatdan mimika da qalmayıb. Ancaq dodaqlar danışır, gülüş yoxdur”.