"5 məsumu öldürən qansıza tərəf dura bilmərəm" - Yusif Mustafayev

"5 məsumu öldürən qansıza tərəf dura bilmərəm" -  Yusif Mustafayev
4254 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Yusif Mustafayevin ötən gün 5 ailə üzvünü öldürən qatilə haqq qazandırması səs-küy yaradıb.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkələrdə müğənninin dedikləri müzakirə olunaraq, təhqir edilib.

Təhqirlərdən təngə gələn Mustafayev əməkdaşımıza açıqlama verib. O, dediklərinin yanlış anlaşıldığını və hazırda pis olduğunu söyləyib:

“Məni səhv anladılar. Fikrimi sona kimi çatdıra bilmədim. Bütün sosial şəbəkədə mən müzakirə olunub, qınanılıram. Mənə nələr yazırlar... Bir qatilə, 13 yaşlı uşağı öldürənə haqq qazandırmaram. Bir qansıza tərəf durmaq olmaz. Onun cəzası ölümdür. Bu qatilin cəzasını qanunlarımız verəcək. Qətl hadisəsindən xəbərsiz idim. Danışandan sonra məni qınadılar. Onda bildim ki, ortada qətl hadisəsi var. Sonra da fikrimi çatdırmağa imkan vermədilər. Hətta sonda gedib oradakı qadını qucaqladım da. Mən özüm də həmin hadisəyə pis oldum. 5 məsumu öldürən qansıza tərəf dura bilmərəm”.

Y.Mustafayev “Axı efirdə “O da kişi olub, bayıra çıxıb. Onun qulağına sözlər gəlib. Hamı dağılıb Türkiyəyə getsin. Namus-qeyrət gedir. Qoyun cavanlarımıza dərs olsun” sözlərini demisiniz” sualına belə cavab verib:

“Düzdür, namusun önəmli olduğunu söylədim. Amma namus üçün adam öldürməyi tərifləmirəm. Namus problemi olanda da qanuni yollara əl atılmalıdır. Hər şeyi qanunlarımız həll edər. Orada həyəcanlı oldum, fikirlərimi aydın çatdıra bilmədim”.

Qeyd edək ki, Y.Mustafayev "Səni axtarıram" verilişində dediyi fikirlərlə gündəmə gəlib.