"Pul qazanmaq mümkün deyil..." - Vasif

"Pul qazanmaq mümkün deyil..." -  Vasif
3528 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vasif Məhərrəmli solo konsertdən gəlir götürməməkdən gileylənib.

Axşam.az-ın məlumatına görə, müğənni "Günə son" verilişində deyib ki, konsertdən pul qazanmaq mümkün deyil:

"Problem elə konsertdən pul qazanmaqdır. Əgər bir gün konsert verirsənsə, qazanmayacaqsan. Dekor qurulur, rəssam gəlir, orkestr yığılır. Yaradıcı komandanın bir günlük qonorarları ödənilir. Əgər ikinci və ya üçüncü gün konsert etsən, dekora pul ödəməyəcəksən. İki-üç gün konsert versən, qazanarsan.

Biletlərin hamısı satılsa belə, bir günlük konsertdən pul götürmək mümkün deyil".