"Elektrik və su pulumu ödəsəm bəsimdir"

"Elektrik və su pulumu ödəsəm bəsimdir"
2134 dəfə oxunub
  • A-
  • A
  • A+

Murad Dalkılıç Soner Sarıkabadayının ad günündən qayıdarkən media nümayəndələrinin suallarını cavablandırıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Dalkılıç müğənnilərin Yeni il gecəsi çıxışlarından qazanacaqları pullarla bağlı sualları cavablandırıb.

Murad həmin gecəyə görə 1,3 milyon lirə ödənilməsinə qəribə reaksiya verib:

"Allah daha çox versin. Hər kəs layiq olduğunu qazansın. Bunları hansı kriteriyalara görə müəyyənləşdirirlər bilmirəm. Yəqin tələb yüksək olur. Bu vaxta qədər hesab kitabına baxmadım. Elektrik və su pulumu ödəyim bəsimdir".

Yeni ildə Kiprdə səhnəyə çıxacaq Tarkan 1,3 milyon lirə (təxminən 750 min manat) qonorar alacaq.