"Qorxurdum ki, uçaqlar bu aləmə girsələr, sonra yığa bilmərəm" Roza

"Qorxurdum ki, uçaqlar bu aləmə girsələr, sonra yığa bilmərəm" Roza
2539 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli övladını gizlədən sənət adamlarını qınayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Günə son" verilişində bunları deyib:

"Övladını göstərməmək boş şeylərdir. Azərbaycanda paparassi yoxdur. Uşaqlarının fotoları İnstaqramda var.

İlk dəfə qızımı maqazin proqramları çəkəndə o biri övladlarımı çəkmirdilər. Belə lazım idi. Onda uşaqların öz fikirləri yox idi. Qorxurdum ki, bu aləmə girsələr, sonra yığa bilmərəm. Elə sənət adamlarımız var ki, uşaqları bu aləmdədir. Onu indi yığa bilmirlər. Ata-ana bir yana qalıb, uşaq daha biədəb formada ortalıqdadır".

Roza uşağının toyunu mediaya qapalı edən sənət dostlarından söz açıb:

"Oğlum evlənəndə onun üçün problem olmayacaq, media çəkəcək. Amma qızım toyunda az müğənni görmək istəyər. Medianı isə heç istəməz".