Boşanma xəbərindən 15 gün sonra üzə çıxdı - foto

Boşanma xəbərindən 15 gün sonra üzə çıxdı - foto
10579 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mustafa Sandal həyat yoldaşı Emina Sandalla boşanmaq qzrə olması xəbərindən 15 gün sonra üzə çıxıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı “Leypsiq-Beşiktaş matçının tribunasında görüntülənib. Mustafa matçı “Beşiktaş”ın keçmiş mərhum rəhbəri Mehmet Üstünkayanın qızı Aslı ilə birlikdə izləyib.
 
Əhvalı yaxşı olmayan müğənni azarkeşi olduğu komandanın qalibiyyətinə çox sevinib.

Qeyd edək ki, Mustafa və Emina 2008-ci ildə ailə qurub. Onların iki övladı var. Cütlüyün ayrılmağına səbəb kimi Eminanın vətəni Serbiyaya gedib müğənnilik etmək istəməsi göstərilir.