"Natavanı xoşbəxt görmək istəyirəm"

"Natavanı xoşbəxt görmək istəyirəm"
3979 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Cavadzadə dostu Natavan Həbibinin boşanma xəbərindən danışıb.

Axşam.az-ın məlumatına görə, Samir "Lider maqazin"də bildirib ki, Natavan hazırda depressiyadadır:

"Bu haqda yeni xəbər tutmuşam. Sakitcə soruşdum ki, niyə, nə baş verdi? İndi yəqin Natavanın kefi yoxdur. Heç ona bu haqda sual da yazmadım. Cavandırlar... Biz 15 ildir dostuq, onu xoşbəxt görmək istəyirəm. Alınmadısa, özləri bilir. Biz onun səbəbini bilməyəcəyik. İstəyirəm Natavan övlad dünyaya gətirsin. Onda o, xoşbəxt olacaq".