"Natavanı buna mən məcbur etdim" - Dado

"Natavanı buna mən məcbur etdim" -  Dado
9589 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ilə reper Dado Əliyev boşanmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bir müddətdir cütlüyün münasibətləri haqqında söz-söhbətlər səngimək bilmir.

Dado sosial şəbəkədə paylaşım edərək, yayılan söhbətlərə münasibət bildirib. O, evliliklərini saxta adlandıranlara cavab verib:

“Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən məcbur etdim ki, boşanmağımız haqda yazsın. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəblərimizə hakim ola bilmədik. Onu məcbur etsəm də, yazacağına inanmırdım. İkimiz də inadkarlıq etdik. O da yazdı, amma bu haqda danışmağı heç istəmirdi.

Ümid edirəm ki, nə vaxtsa barışarıq. Barışmasaq belə bu o demək deyil ki, kimsə ağzını açıb, gözünü yumub danışsın. Qoymaram... Bizi istəyənlər də, istəməyənlər də sağ olsunlar. Gözümüzü bir az da açdınız. Dostumuzun kim, düşmənimizin kim olduğunu aydın görə bildik.

İkimiz də ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən çox uzaq olsaq belə... Qalan boş-boş söhbətlərə inanmayın".
 
Reper "Natavanla evlənmək üçün pul, hədiyyələr alıb" sözlərinə də münasibət bildirib:

"Mən kişiyəm. "Pula satılan məxluqların söhbəti bizi ancaq güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına toy... Sadəcə, heyf ki, indi ailəmlə oturub bunlara gülə bilmirəm. Həmin şeyləri danışan, "özlərini bununla reklam edirlər" deyənlərin başına belə hadisə gəlsə, biz gülmərik. Həyatdır, Allahın qismətidir deyib, xoşbəxtlik arzulayarıq.

Hər şeyin sonu olduğu kimi, mənim də səbrimin sonu var. Mövzu bağlandı.

Susun artıq, imkan verin problemimizi həll edək. Gündə bir söz çıxarmayın. Boşansaq da biləcəksiniz, boşanmasaq da. Bir-birimizi yaxşı tanıyırıq, dediyiniz sözlər aramıza problem salmır. Bunlar sadəcə doğmalarımızı üzür. Sevin, sevilin və sevginizi heç kimin ayağına verməyin”.

Qeyd edək ki, natavan və Dado iyulda ailə qurub.