"Evim, ailəm üçün darıxıram" - Amerikada olan İlhamə

"Evim, ailəm üçün darıxıram" -  Amerikada olan İlhamə
4518 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir Amerikaya köçən müğənni İlhamə Qasımova darıxdığını deyib.

Axşam.az-ın məlumatına görə, artıq 1 ildir Azərbaycandan uzaqda olan sənətçi bunları bildirib:

“Qar da yağdı, dekabr da gəldi... Bilmirəm gülüm, ya ağlayım. Ömrümün bir ili nə vaxt keçdi, heç xəbərim olmadı. Dəhşətdir... Elə bil ki, dünən bura gəlmişəm və bir ay keçib.

Allah mənim kimi ürəyində arzu olanların dadına çatsın. Çox darıxıram evim, ailəm, sizlər və ölkəm üçün. Kim nə deyir desin, fikir verməyin. Allah hər zaman evinizi işıqlı, xeyir-bərəkətli etsin”.