"Ondan onsuz da bundan artığını gözləmirdik" - müğənniləri yıxıb-sürüdü

"Ondan onsuz da bundan artığını gözləmirdik" -  müğənniləri yıxıb-sürüdü
6342 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV maqazin onlarla” verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı bəstəkar Gövhər Həsənzadə olub.

Axşam.az-ın məlumatına görə, bəstəkar qarşısına qoyulan 11 ifaçının fotosunu sıralayıb.

Həsənzadə onuncu pilləyə Günay İbrahimlinin "Ürəyimin qatili"ni layiq görüb:

“Günayın mahnısı gündəmdə olanlar sırasındadır. Amma fikri cəlb edəcək dərəcədə deyil. Eşidən kimi, "bunu eşitmişəm" fikri yaranır. Yeni mahnı düşüncəsi yaratmır. Musiqi həyəcanlandırmalıdır. Günay albom buraxsa, bu mahnıya görə o, satılmayacaq.

Bu mahnı Elçinin oxuduğu 10-11 bəstədən biridir. Elçin şən mahnılar oxuyandır. Ondan onsuz da bundan artığını, təzadlı musiqi gözləmirdik. Hər yerdə səslənəcəyinə ümidimiz yoxdur".

Bəstəkar Elvin Abdullayevin "Payız nağılı" mahnısını səkkizinci edib:

"Elvinin keşçməkeşçli yolları çox olub. O, iki-üç il məşhur olanlardan deyil. Oxu tərzini dəyişmir. Bu onun zəif olması demək deyil. Mahnısı maraqlıdır.

Rauf və Cin yeddinci yerdə olsun. Hər ikisi istedadlıdır, səslənməsini bəyəndim. Amma birinci deyillər. Bu janr Azərbaycanda seçimdə deyil. Rep stilindəki musiqi birincilik qazanmayacaq".

Həsənzadə Namiq Qaraçuxurlunun mahnısını da bəyənməyib və onu altıncı edib. Gövhər Rəhim Rəhimlinin "Can" ifasını beşinci yerə layiq görüb:

"Rəhim burada estradaya daha yaxındır. O, bu mahnı ilə onu sevməyənlərin diqqətini cəlb edəcək".

G.Həsənzadə İradə İbrahimovanın səsini bəyənməyib:

"İradəni tanımadım, ayıb olsun mənə. İradə heç vaxt buradakı kimi zildən oxumayıb. 15 mahnıdan biridir. Son illər İradə öz mahnılarını oxumayıb. Bu mahnı hit deyil. İki tanış olmayanın işbirliyi belə olacaqdı. Tamaşaçı bunu istəmir.

Röyanın mahnısı üçüncü olsun. Mahnı Röyanın səsinə görə yaxşıdır. Onu əzbərləmək çətindir. Onluğa düşəcək mahnı deyil. Heç 20-liyə düşməz".

Gövhər ikinci pilləyə Aygün Kazımovanı yerləşdirib:

"Onu bütün müğənnilərlə müzakirə edə bilmərik. Aygünlüyünü itirmədən təəccübləndirir. Hər mahnısını hit edir. Sözləri xoşu gəlməsə, musiqisini edəcək. Musiqi pis olacaqsa, şou yaradacaq. Aygün Kazımova mahnını gündəmə gətirəcək. Bu gün mahnı Aygünü gündəmdə saxlamayacaq".

Bəstəkar xalq artisti Zülfiyyə Xanbayaevanı birinci edib:

“Etiraf” həftənin hiti olsun. Burada zövqüm danışacaq. Mənə çox doğmadır. Müasirlikdən uzaq ola bilər. Amma səmimiyyəti aşıladı, bu mənim zövqümdür".

Həsənzadə Günel Zeynalovanı uzaqlaşdırıb:

"Günelin fotosu kimlərisə, şoka salmasın. Onu buradan çıxarırıq. On il bundan əvvəl Günel bunu oxuyub. Onun mahnılarında fərq görməmişəm. Güclü, mükəmməl səsi var. Sıradan mahnı oxumasını istəmirəm. Günellə işbirliyi ərsəyə gətirib, bunu sübuta yetirməyə hazıram".