"Məsuliyyətsizlik etmişəm" - Orxan Nadirov

"Məsuliyyətsizlik etmişəm" -  Orxan Nadirov
2139 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov ötən gün azadlığa buraxılıb.

Axşam.az-a açıqlama verən Orxan həbsinin səbəbindən danışıb. O, haqqında deyilən dələduzluq ittihamlarını qəbul etməyib:

"Polis idarəsinə cinayət işində şahid qismində çıxış etmək üçün dəvət olunmuşam. Mən də məsuliyyətsizlik edib getməmişəm. Buna görə də barəmdə məcburi gətirilmə qərarı çıxarılıb. Eyni zamanda 48 saat azadlıqdan məhrum edilmişəm. Mənim də günahımın cəzasının vaxtı bitdi və azadlığa çıxdım".

Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.