Adı qalmaqallarda keçən Gülben gecə boyunca gülümsədi - foto

Adı qalmaqallarda keçən Gülben gecə boyunca gülümsədi - foto
2173 dəfə oxunub
  • A-
  • A
  • A+
“Altın kelebek” mükafatlandırma gecəsinin ulduzlarından biri də müğənni Gülben Ergen olub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, adı son zamanlara qalmaqallarda hallanan ifaçı yüksək əhval-ruhiyyəsi ilə seçilib. Gecəyə muncuqlarla bəzədilmiş transparan libas geyinən Gülbenin üzündən gülüş əksik olmayıb.

Qeyd edək ki, həbsdə olan iş adamı Tolqa Duğleslə keçmiş jurnalist əri Erhan Çelikə xəyanət eməsi iddiaları ilə gündəmdən düşməyən Gülben məhkəməyə müraciət edib. O, keçmiş ərinin iftirasına uğradığını və həyatı üçün təhlükə olduğunu bildirib. Xəyanət dedi-qodularını inkar edən müğənni sənət dostlarının da ondan üz çevirməsi səbəbindən böyük stress keçirmişdi.