"Kim təhqir etsə, beş qat cavabını alacaq" - Samir əsəbiləşdi

"Kim təhqir etsə, beş qat cavabını alacaq" -  Samir əsəbiləşdi
2419 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tamaşaçı müğənnilərə qarşı aqressiv olub. Bu aqressiyanın içində olmaq istəmirəm. Arada saytlara göz gəzdirirəm, görürəm ki, necə pis şərhlər yazılır. Biz sizə nə etmişik? Məni efirdə görürsən, xoşun gəlmirsə, kanalı çevir. Heç kimin haqqı yoxdur ki, kimisə təhqir etsin. Mən özümə söz vermişəm ki, bundan sonra kim təhqir edəcək, beş qat cavabını alacaq”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samir Cavadzadə “Virtual həyat” verilişinə açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə məşhurlara qarşı təhqir yazılmasına əsəbiləşib.

Samir eyni zamanda tamaşaçıların zövqünün dəyişməsindən danışıb:

“6-7 il ərzində zövqlər 360 dərəcə dəyişilib. Necə bayağı mahnılar, musiqilər ortaya çıxıb. Bunlar heç mahnı belə deyil. O gün mənə bir mahnı təqdim ediblər, deyirlər ki, bu mahnı partladır. Ad çəkməyəcəm. Mən həmin müğənninin bir dəqiqəlik studiya səsyazmasına qulaq asdım. Onun 35 saniyəsində falş eşitdim. Bu insan necə məşhur ola bilər? Ona necə qulaq asırlar?”.