Komediya filmlərinin nümayişi dayandırılacaq

Komediya filmlərinin nümayişi dayandırılacaq
2404 dəfə oxunub
  • A-
  • A
  • A+
Dekabrın 12-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərin nümayişi dayandırılacaq.
  
Axşam.az xəbər verir ki, kinoteatrın repertuarına Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında rejissor Eldar Quliyevin çəkdiyi “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” adlı qısametrajlı sənədli film daxıl ediləcək. 

Film seansları 12:30, 15:25, və 18:25-də  keçiriləcək. Seanslara giriş sərbəstdir.