Yaxın 2 gündə hava necə olacaq?

Yaxın 2 gündə hava necə olacaq?
1109 dəfə oxunub
  • A-
  • A
  • A+
“Azərbaycan ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək”.

Axşam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:
 
“Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləyi üstünlük təşkil edəcək”.