Sevgilisindən Tubaya qadağa: Enginə salam vermədi

Sevgilisindən Tubaya qadağa: Enginə salam vermədi
8363 dəfə oxunub
  • A-
  • A
  • A+
“Altın kelebek” mükafatlandırma gecəsinə qatılan aktrisa Tuba Büyüküsütn tərəf-müqabili Engin Akyürekə salam verməyib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Tubaya iş adamı sevgilisi Umut Evirgendən veto qoyulduğu deyilir. Aktrisanın sevgilisinin qısqanclığı üzündən Enginə salam vermədiyi, hətta onunla kəlmə kəsmədiyi paparassilərin diqqətindən yayınmayıb.

Akyüreklə birlikdə çəkildiyi “Kara Para Aşk” serialı izlənilərkən də Tubanın gərgin anları diqqətdən qaçmayıb. Büyüküstünün bu addımı sosial şəbəkədə “Vəfasız Tuba” şərhlərinə səbəb olub.