Məşhur cütlük ikinci dəfə valideyn olacaq

Məşhur cütlük ikinci dəfə valideyn olacaq
1894 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur cütlük – Dueyn Consonla Loren Xaşian ikinci dəfə valideyn olacaqlar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə 45 yaşlı aktyor sosial şəbəkədə yazıb: “Bizim qızımız olacaq. Sevgilim Loren Xaşian və mən bu xoşbəxtliyə görə Tanrıya təşəkkür edirik. İkinci dəfə valideyn olacağıq. Jasmin də çox sevinir ki, o, böyük bacı olacaq”.

Xatırladaq ki, 9 ildir münasibətdə olan Consonla Xaşianın Jasmin adlı 2 yaşlı qızı da var. Aktyor ilk nikahından Simon adlı 16 yaşlı daha bir qız atasıdır.