Beyons onu aldadan əri ilə tətilə çıxdı - fotolar

Beyons onu aldadan əri ilə tətilə çıxdı - fotolar
3120 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Beyons bir həftə əvvəl onu aldatdığını etiraf edən reper əri Cey Zi ilə birlikdə tətilə yollanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, şəxsi təyyarələrində şəkil çəkdirən ifaçı onları sosial şəbəkədə paylaşıb. Olduqca qısa şort və uzun çəkmələr geyinən Beyons aksesuarlardan bol-bol istifadə edib. 36 yaşlı müğənni Əri ilə də səmimi şəkil çəkdirib.

Qeyd edək ki, Blu Ayvi adlı bir qızı olan cütlüyün yayda əkizləri dünyaya gəlib.