Hande haqda danışan aktrisa yumdu gözünü, açdı ağzını

Hande haqda danışan aktrisa yumdu gözünü, açdı ağzını
9960 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Demet Akbağ ötən gün həyat yoldaşı Zafer Çika ilə Etilərdə yerləşən ticarət mərkəzində görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayaqüstü jurnalistlərin suallarını cavablandıran aktrisa “Altın Kelebek” mükafatlandırma mərasimindən də danışıb.

“Ən yaxşı romantik komediya serialının aktrisası” mükafatının Hande Erçelə verilməsinə Demet belə münasibət bildirib:

“Mən artıq belə mükafatları dəyərləndirmirəm. Serial və aktyor anlayışı artıq mənə görə deyil. Mərasimi də izləmədim. Bəlkə də, fərqində deyirik, amma bəzi şeylər gülməlidir. Dediyinzi aktrisa komediya hazırlayır ki? Artıq mükafatı da kimə verdiklərini bilmirlər. Yaş keçdikdən sonra bəzi şeylərə təəccüblənmirəm də”.

Akbağ bu gün serial və filmlərə çəkilən aktyor və aktrisaların yalnız sima olaraq seçildiyini deyib:

“Əgər gözəl və yaraşıqlısansa bir müddət məşhurlaşacaqsan. Düzdür, bunlar lazımdır, amma bacarıq və sənət daha önəmlidir. Gözəllik bir gün əldən gedəcək”.