2 il əvvəl evlənsə də, toy şəklini ilk dəfə paylaşdı

2 il əvvəl evlənsə də, toy şəklini ilk dəfə paylaşdı
6477 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Şahan Gökbakar İnstaqram hesabında ilk dəfə toy şəkillərini paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor xanımı Selin Gökbakarın, 2 yaşlı oğlu Dəniz Efe və 5 aylıq qızı Elanın şəkillərini kollaj edərək sosial media hesabında yerləşdirib.

Fotolar arasında 2015-ci ildə Praqada Selinlə evlilik zamanı çəkilmiş şəklin də olması diqqət çəkib.

İlk dəfə toyundan görüntü paylaşan Gökbakarın şəkli qısa müddətdə 150 mindən çox istifadəçi tərəfindən bəyənilib.