Müğənni Günay İbrahimli Yeni il günü şou-proqramlardan yüksək qonorar istəməsi xəbərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Şou məkan" verilişinə açıqlamasında həqiqətən də yüksək məbləğ istədiyini etiraf edib:

“Yox, qiyməti yüksək deməmişəm. Adi günlərdə yarım saatlıq vaxtımı bilənlər bilir ki, neçədir. Yeni il günü özəl gündür, təbii ki, qiymət də özəl olmalıdır. Çağıran çağırsın, çağırmayanın da canı sağ olsun. Hamı çalışır, pul qazanmaq istəyir. Bilirsiniz ki, qazandığımız pulun yarısını işimizə xərcləyirik. Mən neçə illərdir bu sənətdəyəm. Əlbəttə, bu sənətdən gələn qazancımı da sevməliyəm”.

Günay prodüserlərdən şikayətlənib:

“Dostum yanımdadır. Sağ olsun, əli-ayağı düzgün insandır. Fırıldaqçılığı yoxdur. Təmiz, safdır. Şou-biznesə heç bir aidiyyatı yoxdur. Heç kimi tanımır. Nə prodüser, nə də köməkçim deyil. Dostumdur, mənə kömək edir. Amma prodüserim yoxdur.

İfaçının başqa biznesi də olmalıdır ki, sənətdən gələn pulu özünə, biznesdən gələn pulu da ayırıb kənara qoymalıdır”.

Qeyd edək ki, prodüser Tarix Əliyev Günayla bağlı "Yeni ili sevgilisi ilə keçirmək üçün 10 min qonorar istəyib" sözlərini deyib.