41 illik ailə həyatlarına bir məhkəmə ilə son qoyuldu

41 illik ailə həyatlarına bir məhkəmə ilə son qoyuldu
2806 dəfə oxunub
  • A-
  • A
  • A+
“Leyla və Məcnun” serialında “Ağ saqqalı dədə” obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyublar.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Tərəflər proses zamanı bir-birinə qarşı hər hansı maddi və mənəvi təzminat tələbi irəli sürməyiblər. Qarşılıqlı şəkildə razılaşaraq boşandıqlarını deyən Jalə və Köksalın 41 illik ailə həyatı mübahisəsiz bitib.

Qeyd edək ki, Köksalla Jalə 1976-cı ildə ailə qurub. Cütlüyün 35 yaşlı bir qızı var.