Zemfira Quliyevanın 80 illiyi keçiriləcək

Zemfira Quliyevanın 80 illiyi keçiriləcək
783 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrının mərhum aktrisası Zemfira Quliyevanın bu il 80 yaşı tamam olur.

Qurumun Mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, Dövlət Musiqili Teatrında aktrisanın xatirəsi anılacaq. Belə ki, 17 dekabr saat 19.00-da dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi ona həsr olunacaq.

Əməkdar artisti Zemfira Quliyeva vaxtı ilə səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

Qeyd edək ki, Zemfira Nəriman qızı Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub.

Zemfira Quliyeva 30 ildən çox çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrında bir çox obrazları canlandırıb.