Trampın obrazında səhnəyə çıxan aktyoru fitə basdılar - fotolar

Trampın obrazında səhnəyə çıxan aktyoru fitə basdılar - fotolar
1094 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Erhan Yazıcıoğlu səhnəyə ABŞ prezidenti Donald Trampın obrazında çıxıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, qrimlə özünü Amerika prezidentinə oxşadan teatr aktyoru gözləmədiyi münasibətlə qarşılaşıb. Belə ki, bu yaxınlarda “Qüdsü İsrailin paytaxtı kimi tanıyıram” açıqlaması ilə bütün dünyanın etirazla qarşıladığı Tramp əleyhinə şüarlar tamaşa zamanı da səsləndirib.

Aktyora qışqıraraq etiraz edən tamaşaçılar onu fitə basıblar. Erhan Yazıcıoğlu daha sonrakı açıqlamasında bunları deyib:

“Mən səhnəyə Trampın obrazında çıxanda buz kimi hava əsdi. Mənə nifrətlə baxır, fitləyir, salfet atırdılar. Sonra “Mən 50 ildir, tanıdığınız Erhanam” dedim və alqış qopdu”.