Barış və Elçinin Bakı qalasında nələr oldu? - fotolar

Barış və Elçinin Bakı qalasında nələr oldu? - fotolar
7754 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, məşhur aktyorlar Barış Arduç və Elçin Sanqu Bakıdadırlar.

Axşam.az-ın məlumatına görə, Barış və Elçin rol aldığı “Mutluluq zamanı” filminin qala gecəsinə qatılıblar.

Azərbaycana ilk dəfə gələn Sanqu bundan əvvəlki təklifləri qəbul etmədiyi üçün heyfsləndiyini deyib:

“Gərək ölkənizə daha əvvəl gələrdim. Şəhəri gəzdim. Çox xoşum gəldi. Bizi burada sevənlər çoxdur”.

Həmkarının sözlərinə qoşulan Arduç da hər şeydən razı qaldığını bildirib:

“Bizi gözəl qarşıladığınız üçün hamınıza təşəkkür edirik. Buraya gəlmək bizə çox xoş oldu”.

Qeyd edək ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə ekran işində çəkilən Çenkiz Bozkurt da yer alıb.