Anoreksiya xəstəsi olmuşdu - bir də son halını görün

Anoreksiya xəstəsi olmuşdu - bir də son halını görün
12388 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərədə yaşayan 22 yaşlı Emel Levis özünü arıqlatmaq istəyərkən başına bədbəxt hadisə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşına qədər çox kök olduğunu deyən Emel sonradan arıqlamaq qərarı verib. Bunun üçün yeməklərdən imtinadə edən və hədsiz kalori itirən gənc qız nə qədər çox arıqladığının fərqinə belə varmayıb.

Lakin bir gün evə gələrkən çox üşüdüyünü və özünü çox pis hiss etdiyini görən Levis dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər ona anoreksiya xəstəliyindən (iştah pozğunluğu) əziyyət çəkdiyini və dərhal müalicəyə başlamazsa, ölə biləcəyini söyləyiblər.

Bundan sonra uzun müddət müalicə alan qız idmanla da məşğul olub.

Hazırda ideal bədən quruluşuna sahib Emel indi daha gözəl və sağlam olduğunu deyir.

Levis bu illər ərzində çəkilmiş fotolarını İnstaqramda paylaşıb. İzləyicilər onun əvvəlki görünüşü ilə hazırkını müqayisə ediblər.