Tanınmış aktyor 5 yaşlı qızı ilə avtomobil qəzasına düşdü - video

Tanınmış aktyor 5 yaşlı qızı ilə avtomobil qəzasına düşdü - video
10536 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Pınar Altuğla ailəli olan aktyor Yağmur Atacan Beykoz yolunda avtomobil qəzasına düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən Yağmurun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.

Atacan və maşında olan 5 yaşlı qızı xəsarət almasa da, digər sürücü ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra açıqlama verən aktyor yoldan neçə dəfə şikayət etdiyini deyib:

“Mən 7 ildir ki, burada yaşayıram. Bu yolla bağlı 3 dəfə lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq. İnşaallah, bu bir siqnal olar. Digər sürücü də tez sağalar”.

Qeyd edək ki, insident nəticəsində yol bir müddət bağlı qalıb. Hazırda hadisə yerində olan polislər araşdırma aparırlar.