"Gələn dəfə ölmüşləri diriltmək üçün pul alacam" - Röyadan atmaca

"Gələn dəfə ölmüşləri diriltmək üçün pul alacam" - Röyadan atmaca
5722 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Röya Ayxan həmkarları Nigar Camal İradə İbrahimova ilə söz-söhbətə son qoyub.
 
Axşam.az-ın məlumatına görə, müğənni Nigarla İradəyə atmacasından da qalmayıb.

“Hər bir uğurumun arxasında Azərbaycan durdu. Söz-söhbətlər oldu və olacaq. Amma gələn dəfə ölmüşləri diriltmək üçün pul alacam (zarafat). Allah hamınızı qorusun. Vallah, işsizlikdəndir. İş olsa, mən yadınıza düşmərəm. Allah ruzinizi bol, canınınızı sağ etsin”.

Xatırladaq ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırıb.