Çinarə özünə necə ər axtarır? - video

Çinarə özünə necə ər axtarır? - video
3163 dəfə oxunub
  • A-
  • A
  • A+
"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Çinarə Məlikzadə maraqlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, kənardan onun sənətilə bağlı söz atanlara əhəmiyyət vermədiyini deyən müğənni yenilik tərəfdarı olduğunu diqqətə çatdırdı:

“Məndə bir xüsusiyyət var ki, təsirə düşən insan deyiləm. Kimsə məni pisləsin ki, yaxşı deyil, niyə belə oxuyub, ona əhəmiyyət vermirəm. O qədər deyiblər ki. Klipimə qədər bəyənmədiklərini söyləyiblər. Mən hörmətlə yanaşmışam. Onların fikirləri ilə həvəsdən düşməmişəm. Həmişə insanlar tənqid etdikləri musiqiyə qulaq asırlar. Nədənsə bu, belədir. Çox danışırlar, amma qulaq asırlar”.

Çinarə Məlikzadə əgər yenidən evlənərsə, ailə quracağı insanın onun sənətini dəstəkləməli olduğunu xüsusi vurğuladı:

“Evlənəcəyim insan özümə dəyər versin. Özümü istəsin. Hərtərəfli mənə dəstək olsun. Sənətimə də dəstək olsun. Mənə deməsin ki, o olmaz, bu olmaz".