Biri elə dedi, biri belə...

Biri elə dedi, biri belə...
5021 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün öncə “Ən yaxşı komediya serialının aktrisası” mükafatına layiq görülən Hande Erçel şəxsi həyatı haqda danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Mehmet Dinçerlerlə münasibətiniz nə yerdədir” sualına belə cavab verib:

“Şəxsi həyatımla bağlı çox danışmağı sevmirəm. Həmişə dediyim kimi, sənətimlə məşğul olmağa daha çox üstünlük verirəm. Bu mövzu ilə gündəmi zəbt etməmək üçün son dəfə açıqlama verirəm. Bəli, ayrılmağımızla bağlı xəbərlər doğrudur”.

Qeyd edək ki, Mehmet də bir müddət əvvəl Hande ilə bağlı müsahibə vermişdi. O, hələ də birlikdə olduqlarını və ayrılmaq fikirlərinin olmadığını bildirmişdi.