Aslı həmkarının tərəfini tutdu: "Çox yaxşı aktrisadır"

Aslı həmkarının tərəfini tutdu: "Çox yaxşı aktrisadır"
4153 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Aslı Enver Özcan Dəniz və almaniyalı aktrisa Məryəm Uzerli ilə baş rolu paylaşdığı “Öteki taraf” filminin gözlənilən reytinqi toplaya bilməməsi ilə bağlı açıqlama verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa bunun belə olacağını gözlədiklərini deməklə təəccübləndirib:

“Tamaşaçının necə reaksiya verəcəyini bilmədiyimiz üçün bizə bir növ sınaq oldu. Belə bir şeyi, əslində gözləyirdik. Gördüyümüz işdən utanmırıqsa, problem yoxdur. Reytinq bizim qarışa biləcəyimiz məsələ deyil. Bunu çəkdik, tamaşaçıya təqdim etdik, qəbul edib-etməmək onlara qalır”.

Aslı Məryəmin çəkildiyi filmlərin reytinq yığa bilmədiyi deyiləndə cavabı ilə həmkarını dəstəkləyib:
 
“Məryəmi çox sevirəm. Çox yaxşı da aktrisadır”.