Bəhram Bağırzadənin sərgisi olacaq

Bəhram Bağırzadənin sərgisi olacaq
1327 dəfə oxunub
  • A-
  • A
  • A+
Yanvarın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art İn Boxes” adlı fərdi sərgi açılacaq.

Muzey Mərkəzindən Axşam.az-a bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgidə Bəhram Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolar sərgilənəcək.

Qeyd edək ki, Əməkdar Artist Bəhram Bağırzadə həm də fotoqraf-rəssam kimi tanınır. O, artıq 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. İxtisasça teatr rejissoru olan B.Bağırzadə 1992-ci ildən karikatura çəkir.