"Oskar"a namizəd filmlərin qısa siyahısı açıqlandı

"Oskar"a namizəd filmlərin qısa siyahısı açıqlandı
1561 dəfə oxunub
  • A-
  • A
  • A+
2018-ci ildə Los-Ancelesdə keçiriləcək ənənəvi “Oskar” mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına namizəd 9 xarici filmin siyahısı açıqlanıb.
 
Axşam.az xəbər verir ki, siyahıda Türkiyənin böyük ümidlə gözlədiyi “Ayla” filminin adına rast gəlinməyib.

“Xarici dildə ən yaxşı film” nominasiyasına namizəd filmlərin siyahısı belədir:

“A Fantastic Woman” – rejissor Sebastian Lelio, Çili

“İn the Fade” – rejissor Fatih Akın, Almaniya
 
“On body and soul” – rejissor İldiko Enyedi, Macarıstan
 
“Foxtrot” – rejissor Samuel Maoz, İsrail

“The İnsult” – rejissor Ziad Doueiri, Livan

“Loveless” – rejissor Andrey Zvyaqintsev, Rusiya

“Felicite” – rejissor Alain Qomis, Seneqal

“The Wound” – rejissor Con Trenqove, Cənubi Afrika
 
“The square” – rejissor Ruben Östlund, İsveç