"Deliha" üçün 21 kiloqram kökələn aktrisa sürətlə arıqladı - foto

"Deliha" üçün 21 kiloqram kökələn aktrisa sürətlə arıqladı - foto
8826 dəfə oxunub
  • A-
  • A
  • A+
Yanvarda nümayiş olunacaq “Deliha 2” filmi üçün 21 kiloqram kökələn aktrisa-rejissor Gupse Özay çəkilişlər bitdikdən sonra yenidən arıqlayıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 1 həftədə 7 kiloqram çəki atıb. Qaladan əvvəl pəhriz saxlayan Gupse alış-veriş mərkəzində görüntülənib. O, təqdimatdan sonra detoks da etdirəcəyini bildirib:

“Çəkilişlər noyabrın 13-də bitdi. Dərhal, çörək, duz və şəkərdən imtina etdim. Səhərlər qaçıram, masaja gedirəm. 7 kiloqram atmışam, 14-ü qalıb. Şükürlər olsun, sürətlə arıqlaya bilirəm”.