"İçəri girəndə gözlərimə inanmadım" - oğlu həbsdən çıxan əməkdar artist

"İçəri girəndə gözlərimə inanmadım" - oğlu həbsdən çıxan əməkdar artist
7088 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlığa buraxılıb.

Axşam.az-ın məlumatına görə, yenicag.az-a açıqlama verən aktyor sevincinin həddi-hüdudu olmadığını deyib:

“Ata üçün bundan böyük sevinc ola bilməz. Gecə qapı açıldı, oğlum qəfildən içəri girəndə gözlərimə inanmadım. Çünki yanvarda azad olunmalıydı. O hissləri təsəvvür etmək çox çətindir. Gözlərim doldu. Əslində oğlum bu dəfə heç nədən tutulmuşdu. İçkili vəziyyətdə davaya düşmüşdü. Şükür Allaha, indi azadlıqdadır. İlk olaraq məni görməyə gəldi, sonra da anasıgillə görüşməyə getdi. Mənə söz verdi ki, ata, bir də sənin başını aşağı etməyəcəm. Ona inanıram. Başı daşdan-daşa dəyib. İstəyirəm oğlum sənətinin dalınca getsin, çünki çox istedadlıdır”.