Röyanın keçmiş biznes ortağı azadlığa buraxıldı

Röyanın keçmiş biznes ortağı azadlığa buraxıldı
1671 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axşam.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məlumata görə, Səbinə Hüseynova tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı olub. R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb. Daha sonra S.Hüseynova növbəti məhkəmə proseslərinə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsi, barəsində axtarış elan olunması qərarı çıxarıb.

Saxlanılan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.