Amerikalı reper Dreyk İnstaqramında yeni fotosunu paylaşıb.Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, restoranlardan birində çəkilmiş fotoda reper təkdir. Yanında boş qalan stula isə Dreyk aktrisa Ancelina Colinin adını işarələyib.
Bildirilir ki, sənətçi çoxdandır ki, Ancelina ilə görüşmək niyyətindədir. Lakin Coli ona hələ ki, cavab vermir.
Xatırladaq ki, Dreyk müğənni Rihanna, model Gigi Hadid ilə sevgili olub. Sonuncu dəfə isə onun adı müğənni Cennifer Lopezlə hallanıb.