Aktyor Müşviq Şahverdiyev dəvət aldığı tədbirlərdən birində görüntülənib.

Axşam.az-ın Baku.ws-ə istinadən məlumatına görə, aktyorun yanında nişanlısı Aynurə Mövsümova da olub.

Qeyd edək ki, cütlüyün dekabrın 18-də şəhər restoranlarından birində toyu olacaq. 

Xatırladaq ki, Müşviq açıqlamasında ailə qurmağa hazırlaşdığı xanımın ailə dostlarının qızı olduğunu demişdi. Gələcək həyat yoldaşı aktyordan 10 yaş kiçikdir. Xanım Ukraynada yaşayır və orada müəllimə kimi fəaliyyət göstərir.