"Monotamaşalar paradı" olacaq

"Monotamaşalar paradı" olacaq
984 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Monotamaşalar paradı” adlı teatr bayramı ilə tamaşaçıları yenidən sevindirəcək.

Teatrdan Axşam.az-a bildirilib ki, yanvarın 9-dan etibarən sənət ocağının yaradıcı kollektivi maraqlı tamaşalarla izləyicilərin görüşünə gələcək. Layihə çərçivəsində aktyorlar dialoq üslubundan kənar monoloq janrında öz aktyorluq bacarıqlarını ortaya qoyacaqlar.

Qeyd etdiyimiz monotamaşaların bir neçəsi artıq dünyanın bir sıra ölkələrində nüfuzlu beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edib, müxtəlif mükafatlara layiq görülüb.

Belə ki, yanvarın 9-u Əməkdar Artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luis “İstədiyim kimi yaşamışam”, yanvarın 11-də Əməkdar Artist Şövqi Hüseynovun iştirakı ilə N.V. Qoqolun “Dəlinin qeydləri”, yanvarın 12-də Əməkdar Artist Kəmalə Müzəffərin ifasında T.Vəliyevanın “Cəza”, yanvarın 16-da Küşvər Şərifovanın ifasında R.Ağayevin “Sonluğun sonu”, yanvarın 17-də Əməkdar Artist Nofəl Vəliyevin ifasında F.Dostayevskinin “İdiot” və yanvarın 18-də Əməkdar Artist Şövqi Hüseynovun ifasında P. Züskindin “Kontrabas” tamaşası təqdim ediləcək.