Rusiyanın məşhur verilişi Azərbaycana həsr edildi - Murad Dadaşov qonaq oldu
Ölkə
13:40 / 16.12.17
6509dəfə oxunub
A-
A
A+
Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Beynəlxalq Çay Gününə və verilişin rəsmi sponsoru olan “Azərçay” şirkətinə həsr olunub.
Axşam.az "Azərtac"a istinadən xəbər verir ki, şouda Azərbaycanın ayrı-ayrı şəhərlərinin sakinləri ilə yanaşı, tanınmış Azərbaycan prodüseri və əfsanəvi “Parni iz Baku” komandasının üzvü Murad Dadaşov iştirak edib. O, verilişin aparıcısı Leonid Yakuboviçə müxtəlif hədiyyələr, o cümlədən Azərbaycan nefti və üstündə “Qarabağ” sözü yazılmış idman maykası bağışlayıb.