"Çalışıram, Azərbaycan dilini yüksək səviyyədə təqdim edim" - türk sənətçi

"Çalışıram, Azərbaycan dilini yüksək səviyyədə təqdim edim" - türk sənətçi
1811 dəfə oxunub
  • A-
  • A
  • A+
“ARB Ulduz”un “Virtual həyat” proqramının növbəti qonağı Azərbaycanda yaşıyıb bu ölkənin mədəniyyəti, xüsusilə musiqisilə nəfəs alan türkiyəli sənətçi Oya Ergün olub.

Axşam.az xəbər verir ki, əvvəllər Azərbaycanda kiçik ev konsertləri olsa da, sənətçi hazırda öz evini konsert salona çevirə bilir:

“Evdə konsertlər verirəm. Bir dostum var, o, deyir ki, əvvəllər onsuz da Azərbaycanda ev konsertləri tez-tez təşkil olunurdu. Çox əyləncəli olurdu. Mən Türkiyədə yaşayanda da, Avropada olanda da ev konsertlərinin içərisində böyümüşəm. Bu konsertlər mənim vazkeçilməz bir parçamdır.

Bu, yüzilliklə boyu davam edən bir ənənədir. Bu, mənim yaratdığım bir fikir deyil. Dünyanın hər bir bölgəsində bir çox sənətçi evində konsertlər verir, musiqiçilər dəvət edirlər”.

Azərbaycan dilini də yaxşı səviyyədə bilən Oya xanımın danışığından, ifa etdiyi mahnılardan bunu aydın hiss etmək olur:

“Xüsusi diqqət yetirirəm ki, mahnılarımda Azərbaycan dilini yaxşı səviyyədə təqdim edim. Orda heç bir xəta qəbul etmirəm. Gündəlik ünsiyyət zamanı daha çox Türkiyə türkcəsindən yararlanıram. Çünki ətrafımda kifayət qədər Türkiyədən gəlmiş insan var. Düşünürəm ki, yaşadığın ölkənin dilini yaxşı başa düşüb, o dildə də yüksək səviyyədə danışmağı bacarmalısan”.