40 dəqiqə paltaryuyan maşında yuyuldu, sağ qaldı

40 dəqiqə paltaryuyan maşında yuyuldu, sağ qaldı
5464 dəfə oxunub
  • A-
  • A
  • A+

Norveçin Oslo şəhərində qəribə hadisə baş verib.

Lent.az-ın ria.ru-ya istinadən məlumatına görə, Zero adlı pişik 40 dəqiqə paltaryuyan maşında 30 dərəcə temperaturda yuyulsa da, sağ qalıb.
 
Pişik qəfil barabana toxunaraq səs salıb. Ev sahibi paltaryuyana normadan artıq paltar qoyduğunu düşünərək maşını saxlayıb ki, paltarların bir hissəsini çıxartsın. Bu zaman o,  paltarların arasında pişiyi görüb. 
 
Paltaryuyan maşından çıxarılan pişik normal görünsə də, qaytarmağa başlayan kimi sahibləri onu dərhal baytara aparıb. İki gün klinikada qaldıqdan sonra pişik tam sağlam sahibinə təslim edilib.