Bakıda hamama gedənlərin sayı artıb - qiymətlər

Bakıda hamama gedənlərin sayı artıb -  qiymətlər
7586 dəfə oxunub
  • A-
  • A
  • A+
Payız-qış fəsli ilə əlaqədər bəzi insanlar istirahət məqsədi ilə hamamlara üz tuturlar. Xüsusən, havaların soyuması Bakıda hamamlara gedənlərin sayını artırıb. Bəs hamamlara giriş qiymətləri necə, cibə uyğundurmu?
 
Axşam.az Xezerxeber-ə istinadən xəbər verir ki, Bakıda əksər hamamlarda bir nəfərlik qiymət 12-14 manat arasında dəyişir. Hamamlarda ümumi istifadə üçün nəzərdə tutulan otaqlardan əlavə VİP otaqlar da var. Hər bir VİP otağın qiyməti 30-40 manat arasında dəyişir və burada fin saunası, hamam və sanitar qovşaq otağın içində olur.
 
Masaj, kisə və bu kimi xidmətərin qiymətləri isə müddətindən asılı olaraq 10-30 manat arasında dəyişir.