Yıldız Tilbenin kədərli həyat hekayəsi: "Bazarda satıcı işləmişəm"

Yıldız Tilbenin kədərli həyat hekayəsi: "Bazarda satıcı işləmişəm"
3862 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yıldız Tilbe qatıldığı verilişlərdən birində həyat hekayəsini danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, kasıb ailədə böyüdüyünü bildirib:

“Ailəmiz o qədər kasıb olub ki, 7-ci sinifdən sonra məktəbə gedə bilməmişəm. Atam fəhləlik edib, güclə donalmışıq. Şam işığında dərslərimi edirdim. Sonra məktəbə getmək imkanı olmadı. Yeniyetmə yaşında ərə verdilər məni. Bir qızım oldu. Ayrıldıq. Qızımla tək qaldım. Hər iş görürdüm. Dərzilikdən tutmuş, bazarda satıcıya kimi”.

Tilbe həyatının Sezen Aksu ilə tanış olduqdan sonra dəyişdiyini söyləyib:

“1990-cı illər idi. Sezen Aksunun səhnə aldığı kafedə işləyirdim. Səsimi eşitdi və məni vokalçı kimi yanına işə götürdü. Ondan sonra ifaçılığıa başladım”.