Bakıda hind filmləri festivalı keçiriləcək

Bakıda hind filmləri festivalı keçiriləcək
2349 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda hind filmləri festivalının keçirilməsi planlaşdırılır.

Axşam.az Report-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında bildirib.

Səfir Azərbaycanda çəkilən filmlərin keyfiyyətini yüksək qiymətləndirib və qeyd edib ki, Azərbaycan filmləri Hindistanda müxtəlif film festivallarında dəfələrlə nümayiş olunub.

"Azərbaycanda hindistanlı kino ulduzlarından bir çoxunun adını bilirlər. Buna görə də bura daha çox hind filmi gətirmək istəyirik. Önümüzdəki aylarda Bakıda hind filmləri festivalı təşkil etmək və onların kommersiya əsaslı olmasını istəyirik", - deyə S.Rana deyib.