Premyerası 21 ildən sonra olan film

Premyerası 21 ildən sonra olan film
1203 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində kinorejissor Şamil Mahmudbəyovun son filmi olan “Adam”ın premyerası olub.

Axşam.az-ın məlumatına görə, 21 ildən sonra təqdim olunan ekran işi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Filmin təqdimatından öncə ekran əsəri və rejissor haqqında məlumat verilib.

Bildirilib ki, unudulmaz rejissor Şamil Mahmudbəyovun vəfatı və maliyyə vəsaitinin çatışmazlığı səbəbindən filmin işləri yarımçıq qalıb.

Ssenari müəllifi yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı olan film Şamil Mahmudbəyovun son filmidir. Tarixçi Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılan filmin prodüseri Rasim Həsənov, quruluşçu-operatoru əməkdar incəsənət xadimi Nizami Abbasdır.

Filmdə əsas rolları aktyorlar Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.