"Əli və Nino" Səudiyyə Ərəbistanında nümayiş olundu

"Əli və Nino" Səudiyyə Ərəbistanında nümayiş olundu
489 dəfə oxunub
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanı Krallığının (SƏK) paytaxtı Ər-Riyadda keçirilən “Səfirin seçimi” adlı kinofestival çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən geniş auditoriyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, mərasimdə bu ölkədə fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və şəhər ictimaiyyətin nümayəndələri, iş adamları və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Sonra diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş filmin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Filmin nümayişindən sonra qonaqlara ziyafət verilib.