Ağaxan Abdullayevin vəfatından 1 il ötür - fotolar

Ağaxan Abdullayevin vəfatından 1 il ötür -  fotolar
1834 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti Ağaxan Abdullayevin vəfatından bir il ötür. Bu münasibətlə görkəmli muğam ifaçısının dəfn olunduğu Xəzər rayonunun Türkan qəsəbəsində böyük sənətkarın xatirəsi anılıb. Mərasimdə mərhum xanəndənin yaxınları, doğmaları, dostları, tanınmış incəsənət və mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, anım mərasimində çıxış edən Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, xanəndənin dostu Adil Nağıyev, filologiya elmləri doktoru Vüqar Əhməd və başqaları görkəmli sənətkarın ifaçılıq məharətindən, muğamların təbliği, tanıdılması və inkişafı naminə gördüyü fədakar işlərdən danışıblar. Bildirilib ki, Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəstxəti olan sənətkarlardandır.

Mərasimdə mərhumun sənət dostları xalq artisti Firuz Əliyev, əməkdar incəsənət xadimi, professor Mirnazim Əsədullayev Ağaxan Abdullayev baradə xatirələrini bölüşüblər.